02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

“WhatsApp+” istifadəçilərinə TƏCİLİ XƏBƏRDARLIQ! ​​​​​​​

26 yan 2024 08:00
GÜNDƏM
ads

Hazırda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır. Pulu oğurlananlar and-aman edib bankları günahlandırsa da, əslində “WhatsApp+”da olan "arxa qapı" sayəsində bank tətbiqlərinə giriş əldə edilir.

Publika.az xəbər verir ki, bu barədə İT mütəxəssisi Fərid Pərdəşünas deyib. O, bildirib ki, Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir.

"Səbəb də sadədir. Başqalarının gizliliyinə burnumuzu soxmağı sevirik. Dünya lideri Azərbaycan. Utancverici görüntü. İndi isə bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur. “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir.

Vaxtında dövlət qurumları, şəxsən mən bar-bağırırdım ki, zibil saxta tətbiqi yükləməyin. İndi zərərçəkənlər dünyadan xəbərsiz kimi bankları günahlandırır", - ekspert qeyd edib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur