29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

ABŞ esminesi husilərin tankerə hücumunu dəf etdi

24 fev 2024 23:00
GÜNDƏM
ads
Advertisement

Ədən körfəzində yerləşən Amerika hərbçiləri husilərin atdığı daha bir raketi vurub.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edilib ki, gəmi əleyhinə raket Amerika bayraqlı "MV Torm Thor" tankerinə yönəlib, lakin "USS Mason" esminesinin atəşi nəticəsində məhv edilib.

Gəmilərin heç birinə ziyan dəyməyib, xəsarət alan olmayıb.

Fevralın 24-də ABŞ ordusunun Husilərə məxsus yeddi gəmi əleyhinə raketi vurduğu bildirilir.

Fevralın 23-də husilər Britaniya və ABŞ-dan olan gəmilərinc Qırmızı dənizdən keçməsinə qadağa qoyulduğunu elan ediblər. Yəmənli üsyançıların yaratdığı Humanitar Əməliyyatların Koordinasiyası Mərkəzi bu barədə gəmiləri ABŞ və Britaniya bayrağı altında üzən və ya Amerika və ya Britaniya sahiblərinə məxsus şirkətlərə xəbərdarlıq edib.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur