19.08.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

ATƏT Rusiyanın SOCAR obyektinə hücumuny pislədi

18 avq 2025 20:00
GÜNDƏM
ads
Advertisement

ATƏT PA Prezidenti Pere Joan Pons və Komitə Sədri Azay Quliyev birgə bəyanat yayaraq Rusiyanın SOCAR-a hücumunu qəti şəkildə pisləyib. 

Qutb.az xəbər verir ki, Pere Joan Pons və ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin Sədri Azay Quliyev Rusiya Federasiyasının Ukraynanın həyati əhəmiyyətli enerji infrastrukturuna, o cümlədən Odessa şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) obyektlərinə davamlı hücumlarını qəti şəkildə pisləyirlər.

Bəyanatda xatırladılır ki, ATƏT PA-nın 2025-ci ildə Portoda keçirilmiş İllik Sessiyasında qəbul edilən Qətnamədə Ukraynanın enerji və mülki infrastrukturunun genişmiqyaslı dağıdılması pislənilmiş və enerjiyə maneəsiz çıxışın sabitlik və rifah üçün əsas şərt olduğu bir daha təsdiqlənmişdir. 

Bu qətnaməyə istinad edən Komitə Sədri Azay Quliyev vurğulayıb ki, mülki infrastrukturun məqsədli şəkildə bombalanması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və bu məsuliyyətsiz hücumlar insanların dözülməz əzab-əziyyətinə səbəb olur. “Enerji obyektlərinə, o cümlədən SOCAR-ın müəssisələrinə hücum təkcə mülki həyat üçün deyil, həm də bütün regionun iqtisadi və enerji sabitliyi üçün birbaşa təhtiddir”, – deyə Quliyev bildirib.

“Rusiya Federasiyasını təcavüzkar hərbi əməliyyatlarını dərhal dayandırmağa, mülki şəxslərə və həyati əhəmiyyətli infrastruktur obyektlərinə qarşı bütün qanunsuz hücumlara son qoymağa çağırıram”, – deyə Prezident Pons əlavə edib. O, sözlərini belə yekunlaşdırıb: “Davamlı atəşkəsin təmin edilməsi və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təcili addımlar atılmalıdır.”

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur