09.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Vəzifəli şəxslərə dair meyarlar təsdiqləndi

09 okt 2025 13:00
GÜNDƏM
ads

Nazirlər Kabineti "Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi meyarları"nı təsdiq edib.

Qutb.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə

məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin fəaliyyətinin bu Qərarla təsdiq edilən meyarlar əsasında illik qiymətləndirməsinin nəticələrini təsdiqedici sənədlərlə birlikdə hər növbəti təqvim ilinin yanvarın 30-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə və "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi

tədbirlər haqqında" ölkə Prezidentinin 17 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim etməlidir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur