19.05.24 | Bakı 18.03° C |
18:05:10
Lent :

Həccə gedənlərin nəzərinə! – Cərimələnə bilərsiniz

19:14 07.05.2024
GÜNDƏM
ads

Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyi Həcc vizası olmayan şəxslərin cərimə ediləcəyi barədə xəbərdarlıq yayıb.


QÜTB.AZ xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin rəsmi “X” səhifəsində bildirilib.


Qeyd olunub ki, Həcc qaydalarını və müvafiq təlimatları pozanlara qarşı iyunun 2-dən etibarən cəza tədbirləri həyata keçiriləcək.


Qaydaları pozan şəxslər təxminən 2 675 ABŞ dolları məbləğində cərimə ediləcək. Eyni zamanda həmin şəxslər deportasiya olunacaq. Həmçinin bildirilib ki, qaydalar təkrar pozularsa, nəzərdə tutulan məbləğ ikiqat artırılacaq.


Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Azərbaycandan Həcc ziyarətinə 1500 nəfərlik kvota ayrılıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. İyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.




TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    18.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az