19.05.24 | Bakı 19.03° C |
12:05:06
Lent :

Yunanıstan klubu Fatih Terimlə yollarını AYIRIR

17:52 06.05.2024
İDMAN
ads

Yunanıstanın “Panatinaikos” klubu baş məşqçisi Fatih Terimlə yollarını ayırmaq qərarına gəlib.


QÜTB.AZ xarici mətbuata istinadən xəbər verir ki, buna komandanın Superliqanın pley-off mərhələsindəki uğursuz çıxışı səbəb olub.


Ardıcıl məğlubiyyətlərdən sonra çempionluq şanslarını xeyli azaldan Afina təmsilçisi 71 xalla üçüncü pilləyə geriləyib.


İddiaya görə, klub rəhbərliyi növbəti mövsüm üçün yeni baş məşqçi axtarışındadır. Klub 70 yaşlı mütəxəssisi vaxtından əvvəl istefaya göndərsə, ona 1 milyon 100 min avro təzminat ödəməlidir.


Qeyd edək ki, Fatih Terim "Panatinaikos"la ötən ilin dekabr ayında 1,5 illik müqavilə imzalayıb. Komanda onun rəhbərliyi altında meydana çıxdığı 25 rəsmi oyunda 14 qələbə, 6 heç-heçə və 5 məğlubiyyətlə yadda qalıb.



TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az