19.05.24 | Bakı 16.03° C |
10:05:04
Lent :

Bu gün Şəhid Ramil Musayevin doğum günüdür

12:09 06.05.2024
TARİXDƏ BU GÜN
Özəl
ads

Ramil Musayev 1991-ci il mayın 6-da İsmayıllı şəhərində anadan olub.Ailəli idi. Bir oğlu yadigar qaldı.Azərbaycan Ordusunun kiçik giziri olan 


Ramil Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Musayev oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Ramil Musayev ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" ,  "Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə"  "Kəlbəcərin azad olunmasına görə"  təltif olunub


ZİYA MUHARREM

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    16.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az