19.05.24 | Bakı 18.03° C |
19:05:13
Lent :

Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO

22:18 07.05.2024
MAQAZİN
ads

Bir neçə ildir yataq xəstəsi olan meyxanaçı Ağakərim Novruzov müalicə olunmaq üçün reabilitasiya mərkəzinə yerləşdirilib.


QÜTB.AZ xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişində məlumat verilib.


Bildirilib ki, artıq ikinci gündür meyxanaçı burada müalicə alır.


Çəkiliş zamanı Ağakərimin oğlu da orada olub. O atasının ötən günə nisbətən bu gün biraz yaxşılaşdığını qeyd edib.


Meyxanaçının reabilitasiyasını həyata keçirən həkim bildirib ki, bu gündən artıq dərman və sistem müalicələrinə başlanılacaq.


Qeyd edək ki, Ağakərim uzun illərdir xəstə yatır. O, bir müddət diabetdən əziyyət çəkib. Bundan sonra meyxanaçı 2017-ci ilin mart ayında insult keçirib.


2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirən meyxanaçı o vaxtdan yataq xəstəsidir. (baku.ws)



TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    18.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az