VAZ-2105 və VAZ-2107 avtomobilləri dünya istehsalçılarının ən populyar nəqliyyat vasitələri siyahısında yeddinci yeri tutub.
QÜTB.AZ xəbər verir ki, reytinq Britaniyanın "Avtokar" (Autocar) nəşri tərəfindən hazırlanıb.
Məlumatda qeyd olunub ki, mütəxəssislər reytinqi sözügedən avtomobillərin tirajlarını nəzərə alaraq tərtib ediblər.
Reytinqin lideri 1966-cı ildən 51 milyon ədəddən çox satılan "Toyota Korolla" olub.
Sonrakı yerdə 43 milyon avtomobili satılan "Ford F-Series" pikapları qərarlaşıb. İlk üçlüyü "Volksvagen Qolf" qapayıb.
(Oxu.az)