30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Vaşinqton Suriyanın yeni hökuməti ilə bağlı QƏRAR VERDİ

11 dek 2024 05:00
GÜNDƏM
ads

Bayden administrasiyası yeni Suriya hökumətini tanıyacağını və dəstəkləyəcəyini bəyan edib.

QÜTB.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken bildirib.

Qeyd edib ki, ABŞ Suriyadakı qruplarla və prezident Bəşər Əsədin devrilmiş hökumətindən sonra keçid prosesini rahat baş verməsini təmin etmək üçün regional tərəfdaşlarla işləyəcək.

“ABŞ terrorizmdən əl çəkən, kimyəvi silah ehtiyatlarını məhv edən, etnik azlıqların və qadınların hüquqlarını qoruyan yeni Suriya hökumətini tanıyacaq və dəstəkləyəcək”, - deyə o vurğulayıb.

Blinken ABŞ-ın hansı qruplarla işləyəcəyi barədə dəqiq məlumat verməsə də, Dövlət Departamenti Suriyanın əsas üsyançı qruplaşmasını terror təşkilatı kimi tanımasına baxmayaraq, onunla danışıqları istisna etməyib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur