Sevgi günü və ya bayramı kimi qeyd edilən 14 Fevrala münasibət fərqli olsa da, gənclər və ruhən gənc qalanlar bu əlamətdar hadisəni qeyd etməyi sevir. Bir-birinə gül-çiçək və müxtəlif hədiyyələr alaraq romantik axşam yeməyinə gedirlər. Bu tarix bizə həm də dünyanın ən məşhur cütlük və ailələrini xatırladır. Məsələn, məşhur futbolçu Devid Bekhem ilə modelyer Viktoria Bekhemin bir-birinə olan bağlılığı illərdir dillərdən düşmür. Onlar dünyanı möhkəm və güclü münasibətlərinə heyran qoymağa davam edirlər. Gəlin, bizi sevginin var olduğuna inandıran məşhurların hekayələri ilə tanış olaq.
Publika.az oxucuları məşhur cütlüklərin sevgi hekayələri ilə tanış edir.
Devid və Viktoria Bekhem
Britaniyanın əfsanəvi ulduzları 1997-ci ildə Mançester Yunayted futbol komandasının oyununda tanış olublar. O zaman Viktoriya musiqi karyerasının zirvəsində olarkən, Devid futbolçu karyerasına başlayırdı. İlk görüşlərindən qısa müddət sonra onlar romantik münasibətləri ilə medianın diqqətini çəkməyə başladılar. 1999-cu ildə ailə quran cütlük 4 övladı ilə xoşbəxt ailə həyat yaşayıb, həm karyeralarında, həm də şəxsi həyatlarında bir-birlərinə dəstək olublar. Bekhem cütlüyü stil, idman və biznesdəki uğurları ilə sevgi rəmzinə çevrilib.
Emili Blant və Con Krasinski
Emili Blant və Con Krasinski 2008-ci ildə bir dost vasitəsilə tanış olublar. Emilinin performansına heyran qalan Con çox keçmədən duyğulaırını ona etiraf edib. Zamanla iş ortağı və ən yaxın dost olan cütlüyün romantik münasibətləri 2010-cu ildə başlayıb. Cütlük 2018-ci ildə evlənib. Emili Blant və Con Krasinski Hollivudun ən sevimli və ahəngdar cütlüklərindən biri kimi tanınır. Onlar həm şəxsi həyatlarında, həm də iş fəaliyyətlərində bir-birlərinə dəstək olurlar.
Bleyk Layvli və Ryan Reynolds
Aktyorlar 2010-cu ildə film çəkilişlərində tanış olublar. Ulduz cütlüyün məhəbbəti “Yaşıl fənər” filminin çəkilişləri zamanı çiçək açıb. Münasibətlərini rəsmiləşdirmək üçün çox gözləmək istəməyən cütlük 2012-ci ildə evlənməyə qərar verib. Reynolds və Layvli şəxsi həyatlarını mediadan uzaqda yaşamağı seçsələr də, Hollivudun ən sevimli cütlüklərindən biridir. Zaman-zaman tədbirlərdə birlikdə iştiak edir, bir-birlərinə olan sevgilərini və yumor hissini ictimaiyyətlə bölüşürlər.
Tom Hardi və Şarlotta Rayli
Tom Hardi və Şarlotta Rayli də Britaniyanın məşhur cütlüyüdür. Ulduzların sevgi hekayəsi 2009-cu ildə "Uğultulu yüksəkliklər" serialının çəkiliş meydançasında başlayıb. Raylinin tərəf müqabili rolunda Tom Hardi çəkilirdi. Onların pərdə arxasında başlayan dostluğu zamanla romantik münasibətə çevrilib. 2010-cu ildə nişanlanan cütlük 2014-cü ildə gizli şəkildə evlənərək münasibətlərini rəsmiləşdirməyə qərar veriblər. Tom Hardi və Şarlotta Rayli həm əməkdaşlıq etdikləri layihələrdə, həm də şəxsi həyatlarında bir-birlərinə daim dəstək olurlar. Eyi zamanda onlar şəxsi həyatlərini mediadan gizli saxlamağa üstünlük verirlər.
Barış Arduç və Gupse Özay
Barış Arduç və Gupse Özay türk televiziya və kino sənayesində tanış olublar. Onların yolu Gupse Özayın baş rolda oynadığı "Delibal" filminin çəkilişləri zamanı kəsişib. Çəkiliş meydançasında başlayan dostluq zamanla romantik münasibətə çevrilib. Gupse Özay və Barış Arduç bir-birlərinə olan hisslərini kameralardan və mediadan gizlətmirlər. Aktyor müsahibələrində tez-tez xanımına olan sevgisini dilə gətirir. 2020-ci ildə ailə quran ulduzlar dəbdəbəli toy etməyə ehtiyac görməyib. İlk vaxtlar insanların onların münasibətlərinin uzun müddət davam etməyəcəyini desə də, onlar Türkiyənin ən sevilən cütlüklərindən birinə çevrilə biliblər. Cütlüyün bir qızı var.
Kıvanç Tatlıtuğ və Başak Dizer