14.03.25 | Bakı 11.24° C |
10:06:25
Lent :

Ballıcay köçən ailələrə mənzillərin açarı təqdim edildi - FOTO

14 mar 2025 14:00
GÜNDƏM
ads

Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalı rayonunun Ballıca  kəndinə 98 nəfərdən ibarət 24 ailənin növbəti köçü baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qutb.az-a verilən məlumata görə, ölkənin  müxtəlif şəhər və rayonlarından yola salınan keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və mətbuat nümayəndələrinin iştirakı ilə onlara mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.Bununla da  bugünədək Xocalı rayonunun Ballıca kəndinə ümumilikdə 136 ailə, 660  nəfər köçürülüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov bildirib ki, köçürülən ailələrin işlə təmin edilməsi xüsusi diqqətdə saxlanılır.Kəndə köç edən sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcək, müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur, şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.

Qeyd edək ki, Ballıca kəndinə köç bundan sonra da mərhələli şəkildə davam edəcək. Bunun üçün kənddə təmir və bərpa tikinti işləri davam etdirilir.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.24° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur