"Özünü idarə edə bilməyən ölkələri idarə etməyin vaxtıdır".
Publika.az xəbər verir ki, bunu ABŞ-ın “Blackwater” özəl təhlükəsizlik şirkətinin qurucusu keçmiş dəniz piyadası Erik Prins deyib.
"YouTube"-da "Off Leash With Erik Prins" kanalında yayımlanan videoda Prins “ABŞ-Meksika sərhədinin təhlükəsizliyi" və "qanunsuz immiqrant problemi" kimi mövzulara münasibət bildirib. Gündəmə gələn nizamsız miqrasiya problemini tənqid edib.
O bildirib ki, əsl məsələ idarəetmənin nə demək olduğu və hansı ölkələrin yaxşı idarə olunmasıdır: "Əgər dünyada bu ölkələrin çoxu özünü idarə edə bilmirsə, o zaman bizim imperiya idarə edəcək. Bəsdir. İşğal olunmaqdan yorulmuşuq”.
Prins bu açıqlamaların Afrikanın böyük bir hissəsi üçün də keçərli olduğunu vurğulayıb. O, bu bölgələrdəki hökumətləri korrupsiyada ittiham edən açıqlamalar verib.
Roza