"France Football" tərəfindən ilin ən yaxşı gənc oyunçusuna təqdim edilən "Kop Trophy" mükafatında "İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messinin səsverməsinin nəticələri açıqlanıb.
QÜTB.AZ xəbər verir ki, Messi "Barselona"nın və İspaniya millisinin 17 yaşlı vingeri Lamin Yamala üstünlük verib. Yekunda gənc futbolçu qalib olub.
Leo “Barselona”nın və İspaniya millisinin müdafiəçisi Pau Kubarsini ikinci, “Mançester Yunayted” və Argentina millisinin yarımmüdafiəçisi Alexandro Qarnaçonu isə üçüncü yerdə görüb.
Qutb