Yanvarın 18-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçan aparat müharibənin başlamasından bəri ilk dəfə olaraq Leninqrad vilayətinin ərazisinə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə “Kommersant” Müdafiə Nazirliyinin məlumatlarına istinadən xəbər yayıb.
Bundan əlavə, pilotsuz təyyarə Moskva vilayəti üzərində vurulub, onun dağıntıları Podolsk yaxınlığında düşüb.
PUA-nın Leninqrad vilayəti üzərində məhv edilməsinin təfərrüatları açıqlanmayıb. Bununla belə, "Fontanka"nın məlumatına görə, Sankt-Peterburqun Pulkovo hava limanında təyyarələrin uçuşunda gecikmələr olub.
Tural