29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

"Ukrayna belə risk etsə, üçüncü dünya müharibəsi başlayacaq"

25 fev 2024 03:00
GÜNDƏM
ads
Advertisement

"Ukraynanın Krıma qarşı hərbi müdaxilə cəhdi üçüncü dünya müharibəsinə səbəb olacaq".

Publika.az xəbər verir ki, bunu Krımın Beynəlxalq Dostları Assosiasiyasının türk klubunun sədri, türkiyəli siyasətçi Ünver Sel deyib.

O vurğulayıb ki, Ukrayna administrasiyası əvvəlki hakimiyyətin səhvlərinə yol verərsə, bunun “nəticələrini çəkəcəklər”.

"Yarımada xalqı o vaxt nasistlərə birgə müqavimət göstəribsə, bu gün də neonasistlərə qarşı birgə müqavimət göstərəcək", - Sel vurğulayıb.

Siyasətçinin sözlərinə görə, Krımın 2014-cü ildə Rusiyaya qoşulmasından başqa alternativi yox idi. O, məsələnin o zaman bağlandığını və bir daha gündəmə gətirilmədiyini vurğulayıb.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Fox News telekanalına müsahibəsində Minskə bənzər yeni sazişlər bağlamaq istəmədiyini bildirib. O qeyd edib ki, Kiyev Qara dənizdə uğur əldə etmək üçün yeni əks-hücum hazırlayacaq.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur