02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Tutanxamonun məzarını kəşf edən arxeoloqların ölüm səbəbi açıqlandı

03 yan 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Alimlər həvəskar tədqiqatçı, arxeoloq, Misirşünar Houard Karterin rəhbərliyi altında Tutanxamonun məzarını kəşf edən dəstənin ölüm səbəbini illər sonra açıqlayıb.

Publik.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Karter Tutanxamonun məzarını 3 yanvar 1924-cü ildə məzarı açıb. Ekspedisiyanın spronsorluğunu zəngin ingilis iş adamı Corc Herbert təmin edib. Otaqda çoxlu qızıl əşyalar, araba, kral taxtı, vazalar, bir neçə sandıq və qiymətli əşyalar tapılıb. Qapının üstündə “Nebxeprura” yazısının isə ziyarətgah mənasını verdiyi qeyd olunub.

Corc Herbert keçən il gözlənilmədən ölüb. Rəsmi versiyaya görə, ölüm səbəbi qan zəhərlənməsi olub. 1923-cü ildə Misir şahzadəsi Əli Kamel Fəhmi bəy, 1924-cü ildə isə radioloq Ser Arçibald Duqlas-Reid vəfat edib. Arxeoloq Artur Meys 1928-ci ildə, Houard Karterin katibi Riçard Bartel isə 1929-cu ildə vəfat edib.

Herbertin ölüm səbəblərindən biri kimi, tənəffüs yollarına təsir edən mikroskopik göbələk Aspergillusun törətdiyi mağara xəstəliyi göstərilib. Ancaq digər ölümlərin məzar ilə heç bir əlaqəsinin olmadığı ortaya çıxıb. Şahzadə Əli Kamel Fəhmi bəy öz həyat yoldaşı tərəfindən vurulub, radioloq Archibald Duqlas-Reid isə böyük dozada şüaya məruz qalıb. Bundan əlavə, tədqiqatçı Karter özü 1939-cu ildə 64 yaşında xərçəng xəstəliyindən vəfat edib. Dəfn kamerasının girişini qoruyan serjant Riçard Adamson 1982-ci ilə qədər yaşayıb.

Qeyd edək ki, Firon Tutanxamon təxminən eramızdan əvvəl 1332-1323-cü illərdə Qədim Misirdə hökmranlıq edib. O, 10 yaşında taxta çıxıb və 19 yaşında ölüb. Tutanxamonun məzarı 1922-ci ildə aşkar edilib.

Məlumat üçün bildirək ki, bu yaxınlarda Misir fironu Tutanxamonun kulonunun Yer Səthinə düşən meteoritdən hazırlandığı sübuta yetirilib. Şüşənin mənşəyi təxminən bir əsrdir ki, elm adamları arasında mübahisə mövzusudur. Məsələ burasındadır ki, o, tərkibinə görə heç bir təbii şüşəyə bənzəmir və ona yalnız Liviyanın cənub-şərqində və Misirin cənub-qərbində səhranın müəyyən hissəsində rast gəlmək olar. Onun yaşı təxminən 29 milyon ildir. Yeni tədqiqat Liviya sakinindən alınmış iki sarı şüşə nümunəsinin analizinin nəticələrini ortaya qoyub. Onlar yalnız 2250 və 2700 °C temperaturda əmələ gələ bilən bir mineral olan kub sirkoniumun hissəciklərini tapıb. Yalnız təxminən 130.000 atmosfer təzyiqində görünə bilən nadir bir orto-II polimorf da aşkar edilib. Tədqiqatçılar yuxarıdakılara əsaslanaraq belə bir şüşənin Liviya səhrasında yalnız meteorit və ya atom bombasının partlaması nəticəsində peyda ola biləcəyi qənaətinə gəliblər. Şüşənin yaşını nəzərə alan alimlər meteorit nəzəriyyəsi üzərində dayanıblar.

Aytən Məftun


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur