Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujninin istefası Ukraynanı iki yerə bölüb.
Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “Mundo” qəzeti yazıb.
Bildirilir ki, ukraynalıların bir hissəsi Zalujnının istefasını düzəlməz səhv hesab edərək kədərlənir. Digərləri onun böyük xarizmasını xatırlayaraq istefasına yas tutur, lakin etiraf edirlər ki, münaqişə dondurulmazdan əvvəl bəzi hərəkətlərə ehtiyac var idi.
54-cü briqadadan olan ukraynalı serjant ispan jurnalistlərə müsahibəsində deyib ki, kimin üstün olduğunu deyə bilməz, vəzifədən qovulmuş Zalujnı, yoxsa yeni baş komandan Sırski, lakin bu, hərbi deyil, siyasi qərardır.
Tural