Türkiyədə torpaq dağının çay kimi axdığı mədəndə ikinci fəlakət riski yaranıb. Milyonlarla kubmetr torpaq Fərat çayını təhdid edir.
Publika.az xəbər verir ki, fevralın 13-də Ərzincanın İliç rayonundakı Anagold Çöplər Qızıl Mədəninin süzülmə sahəsində sürüşmə baş verib. Milyonlarla kubmetr torpaq kütləsi vadinin hər iki yamacından böyük bir əraziyə çay kimi axıb.
Yerin altında qalan 9 işçiyə çatmağa çalışarkən ikinci bir fəlakət riski ortaya çıxıb. Axtarış-xilasetmə qrupları istisna olmaqla, ərazi təxliyə edilib. Mədən sahəsində bütün işlər dayandırılıb.
İkinci fəlakətlə dağ əmələ gətirmək üçün yığılan milyonlarla kubmetr torpağın vadidən aşağı axması təhlükəsi yaranıb. Sürüşmənin baş verdiyi və ikinci fəlakət riski olan ərazidə aparılan tədqiqatlarda böyük səhlənkarlığın olduğu müəyyən edilib.
Verilən məlumata görə, dar ərazidə standartlara zidd olaraq, süzülmə sahəsinin əmələ gəlməsinin sürüşməyə səbəb olduğu diqqətə çatdırılıb.
Roza Şəfiyeva