Təl-Əviv Rayon Məhkəməsi israilli Roy Yifraça özünü əsgər kimi təqdim etməkdə və Qəzzada silah və sursat oğurlamaqda ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, 35 yaşlı şəxs özünü hərbi elitanın xüsusi təyinatlı dəstəsinin üzvü kimi göstərib. O, Qəzzada döyüş bölgəsində olub, silah-sursat, hərbi və polis avadanlıqlarını oğurlayıb.
Bundan əlavə, o, baş nazir Benyamin Netanyahu ilə helikopter meydançasında şəkil çəkdirməyi bacarıb. O, çoxsaylı ittihamlarda, o cümlədən dələduzluq və oğurluqda ittiham olunur. Onu 36 ilə qədər həbs cəzası gözləyir.
Təqsirləndirilən şəxsin vəkili iddia edir ki, müttəhim həkimdir və o, İDF əsgərlərinin “həyatını xilas etdiyi” üçün döyüş bölgəsində olub.
Tural