2028-ci ildən KAAN-ı döyüş təyyarələri parkımıza daxil etməyə başlayacağıq.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığda keçirilən mitinqdə deyib.
“Ötən həftə 5-ci nəsil döyüş təyyarəmiz KAAN səmaya qalxdı. Bu sahədə Türkiyə dünyanın ilk 4 ölkəsi arasında yerini aldı”, - Ərdoğan bildirib.
Qeyd edək ki, KAAN Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə bu təyyarələri ABŞ-ın F-22 və F-35 qırıcılarına alternativ olaraq istehsal edib.