Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk gələn il ilk Ekumenik assambleyasının 1700 illiyini qeyd etmək üçün Türkiyəyə səfər etməyi planlaşdırır.
QÜTB.AZ ANSA agentliyinə istinadən xəbər verir ki, bu barədə Roma Papası ilahiyyat komitəsinin iclasında bildirib: "Müqəddəs il ərzində Nikea Şurasının 1700 illiyini qeyd etmək imkanımız olacaq. Mən Nikeaya səfər etməyi planlaşdırıram".
Qeyd edək ki, keçmiş Nikea hazırda Türkiyə ərazisində, İstanbuldan 150 km cənub-şərqdə yerləşən İznik şəhəridir.
Orada 325-ci ildə Böyük Konstantin xristian kilsəsinin ağsaqqallarını toplayıb. Həmin ilk ekumenik şura İsa Məsihin ilahi və insan təbiəti haqqında qərar verib.
Adəm Abbaslı