Türkiyə iqtisadiyyatına 2003-cü ildən bəri 262 milyard dollar sərmayə qoyulub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Sərmayələr üzrə ofisin rəhbəri Burak Dadlıoğlu bildirib.
Onun sözlərinə görə, birbaşa xarici investisiyalar son iyirmi ildə hər il orta hesabla 5,3 faiz artan Türkiyə iqtisadiyyatının fəal artım amillərindən biri olub.
“Özəl sektorda iş yerlərinin 8,8 faizə qədəri xarici investorların birbaşa töhfələri sayəsində açılıb. Yenə də, xarici iştirakı olan şirkətlər Türkiyə ixracının 30 faizinə qədərini təmin edirlər. Türkiyədə tədqiqatlara və malların işlənib hazırlanmasına qoyulan sərmayələrin üçdəbirinə qədəri onların payına düşür”, - deyə Dadlıoğlu bildirib.
O qeyd edib ki, Ankara qarşısına region ölkələrinə yatırılan bütün xarici sərmayələrin 12 faizinə qədərini cəlb etmək məqsədini qoyub.