Yaponiyada baş verən zəlzələ qurbanlarının sayı 24-ə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Məlumata görə, azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ən ağır vəziyyət İşikava prefekturasındadır. Orada 200-dən çox ev yanıb, 50-dən çox bina uçub.
Xatırladaq ki. dünən Yaponiyanın qərbindəki İsikava prefekturasında dalbadal güclü zəlzələlər baş verib, yealtı təkanlar Osaka və Kioto şəhərlərində, eləcə də Tokioda hiss olunub.
Məlumata görə, bir gün ərzində baş verən 30-dan çox zəlzələnin ən güclüsü 7,4 maqnitudada qeydə alınıb.
Ölkə ərazisində sunami təhlükəsi elan edilib.
Dağıntılar və itkilər dəqiqləşdirilir.