Ədalət Partiyasının İzmir Bayraklı Bələdiyyə başçı namizədi Buse Nur Taşkıranın seçki posterində işlətdiyi şüar sosial mediada gündəm olub.
Publika.az xəbər verir ki, seçkiyə çox az vaxt qaldığından, bələdiyyə sədrliyinə namizədlər işlərinə fasiləsiz davam edirlər. Taşkıranın rayon daxilində asılan afişalardakı şüarı sosial mediada böyük marağa səbəb olub. Taşkıran Bayraklıda pankartlara "Ortada qalma, yanımda qal" mesajını yazıb. Üstəlik, telefon nömrəsini də paylaşıb.
Buse Nur Taşkıran "Instagram" hesabında telefon nömrəsini niyə paylaşdığını bu mesajla açıqlayıb:
“Tək idarə edəcəyimiz bir bələdiyyə deyil, vətəndaşlarla birlikdə idarə edəcəyimiz bir bələdiyyə olmaq istəyirik. Bu səbəbdən əlçatmaz bələdiyyə sədri olacağam, ancaq vətəndaşların təkbaşına çata biləcəyi bir bələdiyyə olmaq istəyirik”.
Aysel Şahmar