26.09.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Atəşgahda

26 sen 2025 17:00
GÜNDƏM
ads

ABŞ-nin Azərbaycandakı səfirliyinin yeni müvəqqəti işlər vəkili Emi Karlo Atəşgah məbədini ziyarət edib.

Qutb.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, E.Karlo Azərbaycan mədəniyyəti ilə tanışlıq məqsədilə ilkin olaraq "Odlar Yurdu"nun ruhunu əks etdirən Atəşgah məbədini seçib.

"O, tarixin, inancın və ənənənin qovuşduğu bu məkanda Azərbaycanın zəngin mədəni irsini və xalqlarımız arasındakı dostluğun səmimiyyətini hiss etdi", - deyə qeyd olunub.

E.Karlo Atəşgahdan videomüraciətində vurğulayıb ki, 20 ildən çoxdur ölkəsinə diplomat kimi xidmət edir:

"Buraya gəldiyimdən bəri Azərbaycan xalqının mənə göstərdiyi yüksək səmimiyyət və qonaqpərvərliyi çox yüksək qymətləndirirəm. Bu gün ilk dəfə Atəşgahda olmaqdan çox şadam".

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur