ABŞ-ın keçmiş prezidenti Donald Tramp indiki Amerika lideri Co Baydenin administrasiyasını immiqrasiya siyasətinə görə “faşist rejim” adlandırıb.
Publika.az xəbər verir ki, Tramp iyunun 18-də Viskonsin ştatında tərəfdarları ilə görüşdə belə deyib.
“Baydenin administrasiyası birbaşa Amerika demokratiyasına hücumdur və onun konstitusiya sistemimizi necə məhv etdiyini, onu korrupsioner və faşist rejimlə necə əvəzlədiyini göstərən başqa bir nümunədir. Bunlar faşistlərdir. Bunlar pis insanlardır”, deyə Tramp bildirib.
Cəmilə