31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Bu qidalar mikrodalğalı sobada "zəhərə" çevrilir

25 fev 2024 14:00
GÜNDƏM
ads

Tərkibində yağ olan qidaları mikrodalğalı sobada qızdırmaq təhlükəlidir, dalğaların təsiri nəticəsində onlar zərərli məhsula çevrilir.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik" radiosuna dietoloq, tibb elmləri namizədi Rimma Moysenko danışıb.

"Təbii yağlar trans yağlara çevrilə bilər. Məsələn, süd mikrodalğalı sobada qızdırıla bilməz, bu, körpə südünə də aiddir. Süddə olan yağlar kimyəvi dəyişikliklərə məruz qalacaq", - mütəxəssis izah edib.

Onun sözlərinə görə, fəstfudları mikrodalğalı sobada qızdırmaq xüsusilə təhlükəlidir, çünki tərkibində artıq trans yağlar var. Mikrodalğalı sobada isə bu yağlar zəhərə çevrilə bilərlər.

"Bundan başqa, fəstfud gizli qutudur, orada nə olduğunu, hansı zəhərli maddələrin ola biləcəyini bilmirik. Ancaq karbohidratlar, məsələn, çörək və ya yağsız dənli bitkilər qızdırıla bilər. Mikrodalğalı soba üçün uyğun olmayan hər şeyi qaz və ya elektrik sobasında qızdırın. Ancaq bu, yalnız bir dəfə edilə bilər. Yağların, zülalların və karbohidratların molekullarını məhv etdiyi üçün təkrar qızdırılan heç bir məhsul, hətta su da faydalı deyil. Ən yaxşı halda, bu, boş yerə xərclənən puldur", - həkim yekunda vurğulayıb.

Aytən


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur