"Ukrayna münaqişəsi Amerikanın hazırkı lideri Co Baydenə hörmət edilmədiyi üçün başlayıb".
Publika.az xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə Rusiya Prezidenti Vladimir Putinin guya “Baydenə hörmət etməməsi” səbəbindən başlayıb.
"Mən inanıram ki, Tramp administrasiyası dövründə münaqişə heç vaxt baş verməzdi", - ABŞ-ın keçmiş prezidenti qeyd edib.
Xatırladaq ki, Bayden bir müddət əvvəl Konqresdəki çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinə mesaj göndərmişdi.
Hüseyn İbadlı