01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

İqlim böhranı, qış gəlmir, göllər quruyur

28 fev 2024 18:00
GÜNDƏM
ads

"Science" jurnalında dərc olunan məqalədə göllərdəki suyun miqdarının 28 ildə 53 faiz azaldığı bildirilib.

Publika.az xəbər verir ki, temperaturun həddindən artıq artması qar yağmasını azaltmaqla yanaşı, həm də quraqlığın yaranması riskinə səbəb olur.

Bir vaxtlar Türkiyənin beşinci ən böyük şirin su gölü olan Akşehir gölü qış aylarında tamamilə quruyub və gölməçəyə çevrilib. Beyşehir gölü 26 metrdən 6 metrə, Eğirdir gölü 14 metrdən 5 metrə enib.

Üsküdar Universiteti Ətraf Etika Forumu Başçısı Prof. Dr. İbrahim Özdemir ola biləcək fəlakətləri diqqətə çatdırıb:

"Dəniz səviyyəsinin yüksəlməsi nəticəsində sahil ərazilərini su basa bilər. Həddən artıq istilər əkinçilik sahələrini səmərəsiz edə və qida böhranına səbəb ola bilər. Ekosistemlərin pisləşməsi biomüxtəlifliyi azaldır və növlərin nəslinin tükənməsinə səbəb olur".

Roza


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur