ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki kampaniyası çərçivəsində keçirdiyi görüşdə Moskva və Pekini bombalayacağını deyib.
Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" yazıb.
Qeyd olunur ki, Tramp pul toplama tədbirlərində tez-tez xarici siyasətdən danışır. O, belə tədbirlərdən birində prezidentliyi dövründə Rusiya Ukraynanı və ya Çin Tayvanı işğal edərsə, Moskva və Pekini bombalayacağını iddia edib.
Məqalədə qeyd edilir ki, ABŞ-ın keçmiş prezidenti bu sözləri ilə bəzi donorları təəccübləndirib.
Xatırladaq ki, Trampın ilk prezidentliyi dövründə Rusiya Krımı və Donbassın bir hissəsini ələ keçirib.
Adəm Abbaslı