Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ərdoğan C.Melonini Fələstini dövlət kimi tanımağa çağırıb.
Türkiyə Prezidenti C.Meloniyə İtaliyanı tarixin doğru tərəfində görmək istədiyini bildirib.