Tibb bacısı Lüsi Letbinin yeddi körpəni öldürdüyü xəstəxananın işçiləri 1,5 milyon funt sterlinqdən çox performans mükafatı alıblar.
Ppublika.az xəbər verir ki, Çester qraflığı xəstəxanası mükafat alarkən məlumatı "gizlətməkdə" günahlandırılır. Bu barədə “Daily Mail” yazır.
Yalnız son altı ildə xəstəxana işçiləri “klinik mükəmməlliyə” və “təhlükəsiz, yüksək keyfiyyətli qayğıya” görə 459 dəfə mükafatlandırılıblar. Premium ödənişlər hər beş ildən bir avtomatik olaraq yenilənir. Jurnalistlər qeyd edirlər ki, xəstəxana bu məbləğin yarısını qatil tibb bacısının məhkəməsi davam edərkən alıb.
Xatırladaq ki, Lüsi Letbi 2015-2016-cı illərdə tibb bacısı işləyib. Bu müddət ərzində o, yeddi körpəni öldürüb, daha altı uşağı öldürməyə cəhd edib.
Ötən ilin avqustunda qadın günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edilib.