Qəhvə, dolu sidik kisəsi və ya pis duruş qan təzyiqinizin göstəricilərinə mane ola bilər. Səhv 33 mm Hg-ə çata bilər.
Publika.az xəbər verir ki, bu barədə Amerika Ürək Assosiasiyası (AHA) məlumat yayıb.
Qan təzyiqinin ölçülməsi rutin xarakterinə görə, sadə prosedur kimi qəbul edilir. Nəticədə, 60-70% hallarda xəstəyə yanlış məlumatlar verilir. AHA kardioloqlarının fikrincə, bu halda xəstə yüksək təzyiqdən xəbərsiz ola bilər.
Qan təzyiqini ölçərkən xəstə arxaya söykənərək stulda oturmalıdır. Ayaqlar yerdə olmalı, çiyin isə (qolun çiyindən dirsək birləşməsinə qədər olan hissəsi) ürək səviyyəsində stolun üstündə yatmalıdır. Ölçmə zamanı ayaqlarınızı bir-birinə keçməyin, danışmayın və narahat edən şeylər barədə düşünməyin.
Ölçmələr etməzdən əvvəl stresdən, tələskənlikdən, idmandan, siqaretdən və kofeindən uzaq durmalısınız. Tualetə getmək vacibdir, çünki dolu sidik kisəsi qan təzyiqini artırır. Qan təzyiqinizi ölçməzdən əvvəl beş dəqiqə dincəlmək məsləhətdir.
Danışmaq qan təzyiqini 19 mm Hg-ə qədər, çarpaz ayaqlar 15 mm Hg-ə qədər, qolun səhv oyuluşu 20 mm Hg-ə qədər və dolu sidik kisəsi isə 33 mm Hg-ə qədər artıra bilər. Bu, bir insana qan təzyiqi ilə səhv diaqnoz qoyulmasına səbəb ola bilər.
Hüseyn İbadlı