21.01.25 | Bakı 5.03° C |
10:06:25
Lent :

Moda evləri Melaniya Trampı geyindirməkdən imtina edir

19 yan 2025 12:00
GÜNDƏM
ads
Advertisement

Moda evləri həyat yoldaşı Donald Trampın andiçmə mərasimi öncəsi Melaniya Trampa geyim verməkdən imtina etməyə başlayıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə Daily Mail yazır.

Bir çox dizaynerin Melaniya Trampla əməkdaşlıqdan imtina etməsi moda dünyasının ən nüfuzlu jurnalı olan “Vogue”un baş redaktoru Anna Uinturun ondan üz döndərməsi ilə bağlıdır. Belə ki, jurnal ABŞ-ın seçilmiş prezidentinin həyat yoldaşının şəklini yenidən jurnalın üz qabığına qoymaq istəmir. Halbuki, digər ABŞ prezidentlərinin həyat yoldaşlarının fotoları əvvəllər bu jurnalın üz qabığında dərc olunub.

Onlarla dizayner tərəfindən boykot edilən ABŞ-ın gələcək birinci xanımı paltar seçərkən dəb tendensiyalarına deyil, öz zövqünə güvənməyə məcbur olub. Melaniya hələ də daimi müştəri kimi "Dior" mağazalarından və digər moda evlərindən geyimlər alır.

Qeyd edək ki, bundan əvvəl Melaniya Tramp Mişel Obama haqqında sərt fikirlər səsləndirmişdi.

Ləman

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur