Sovet diplomatı, SSRİ-nin Afrika ölkələrində səfiri işləmiş Georgi Ter-Qazaryants ölüb.
Publika.az xəbər verir ki, Ter-Qazaryants 100 yaşında Moskvada vəfat edib. Bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, Ter-Qazaryants dekabrın 31-də, Yeni ilə bir neçə saat qalmış vəfat edib. Onun meyitini mənzildə 61 yaşlı qızı tapıb. Ter-Qazaryantsinin cəsədində zorakılıq izlərinə rast gəlinməyib.