Çox yaxın gələcəkdə Vladimir Putin son 30 ildə gizlətməyə çalışdıqları sirri aça bilər.
Publika.az xəbər verir ki, bu barədə məşhur israilli politoloq və ictimai xadim Yakov Kedmi məlumat verib.
Onun sözlərinə görə, Putin bəyan edə bilər ki, uzun müddət Rusiya vətəndaşları əmin idilər ki, ölkənin inkişafı üçün yad kapitalist və liberal dəyərlərə riayət etməkdən başqa variant yoxdur.
"Rusiyanın başqa inkişaf yollarına sahib ola biləcəyi həqiqəti 30 il - Sovet İttifaqının dağılmasından bəri inadla gizlədildi və susduruldu. Hər kəsə sosialist ideyasının və onunla əlaqəli modelin son fiaskoya məruz qaldığı bəlli oldu.
Bu tezisə dair böyük şübhələr zaman keçdikcə ruslar arasında yox olmağa başladı. Çünki onlar Çinin son onilliklərdə sovet artım doktrinasından istifadə edərək və sovet iqtisadi strukturunu qoruyub saxlayaraq nə qədər inanılmaz nəticələr əldə edə bildiyini gördülər", - politoloq bildirib.
Kedmi hesab edir ki, indi kapitalist və liberal modeldən fərqli olaraq sosialist modelini izləməyin üstünlükləri üzə çıxdığından, Putin 90-cı illərin əvvəllərində gənc Rusiya hökumətinin etdiyi seçimin yanlış olduğu həqiqətini ortaya qoya bilər.
Akqabay