“Çelsi” İngiltərə millisinin və “Barselona”nın müdafiəçisi Lüsi Bronzun transferini açıqlayıb.
Publika.az xəbər verir ki, “mavilər” 32 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalayıb. Bu keçid pulsuz başa gələcək. Buna səbəb Bronzun “Barselona”dan azad agent kimi ayrılmasıdır.
Lüsi 2022-ci ildən Kataloniya komandasında çıxış edirdi. Bundan əvvəl futbolçu Fransa təmsilçisi “Lion”da və İngiltərənin “Mançester Siti”, “Liverpul”, “Everton” və “Sanderlend”.kimi klublarında çıxış edib.
Bronz BBC tərəfindən 2018 və 2020-ci illərdə ilin ən yaxşı qadın futbolçusu seçilib. 2019-cu ildə o, UEFA-nın oxşar mükafatını qazanan ilk ingilis qadın olub.