22.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Yük maşını aşdı, yolu bağladı

22 apr 2025 02:00
GÜNDƏM
ads
Advertisement

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yük maşını aşıb, yüklər yola dağılıb. 

 

Qutb.az Azərtac-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Yük avtomobilinin sürücüsü Ucar istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun hərəkət zolağından çıxaraq qarşı istiqamətə keçib və aşıb. Qəza zamanı avtomobildə daşınan müxtəlif yüklər yola səpələnib, bu da nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb.

 

Əraziyə cəlb edilən yol polisi əməkdaşları hərəkətin bərpası və təhlükəsizliyin təmin olunması üçün tədbirlər görüblər. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur