“Mançester Yunayted”in sabiq müdafiəçisi Terrens Yanq 72 yaşında vəfat edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb.
O, “Mançester Yunayted” futbol akademiyasının yetirməsi idi. Əsas komandada debütünü 17 yaşında “Vest Hem”lə matçda edib.
Terrens Younq çoxyönlü oyunçu idi, həmişə meydandakı mövqeyi ilə bağlı məşqçinin göstərişlərinə əməl etməyə hazır olurdu. Bunun sayəsində o, tədricən əsas komandada yer qazanıb.
Yanq “Yunayted”də 7 mövsüm keçirib, 97 oyuna çıxıb və 1 qol vurub.
Klub Birinci Diviziona qayıtdıqdan bir il sonra Yanq “qırmızı şeytanlar”ı tərk edərək “Çarlton Atletik”ə keçib.
O, karyerasını Üçüncü Divizion komandası “York Siti”də başa vurub.