"Mançester Yunayted"in hücumçusu Markus Reşford yol hərəkəti qaydalarını pozduğuna görə sürücülük hüququndan məhrum edilib.
Publika.az xəbər verir ki, forvard magistral yolda sürət həddini 100 mil/saat (160 km/saat) keçib. O, “Rolls-Royce Cullinan Blue Shadow” markalı avtomobilini idarə edərkən, nişanı olmayan polis patrul avtomobilinin radarına düşü.
Polis onu saxlamaq məcburiyyətində qalıb. Dayanmadan sonra Markus zabit qarşısında özünə haqq qazandırmağa çalışıb. İngiltərə millisinin üzvü naməlum “ağ avtomobil” tərəfindən təqib edildiyini bildirib. Polislər videoregistratorda futbolçuya qarşı hər hansı təqib və ya izləmə izlərinə rast gəlməyiblər.
Məhkəmə Raşfordu 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edib. Həmçinin futbolçu 1666 funt sterlinq (2000 avro) məbləğində cərimələnib.
Heybət