19.05.24 | Bakı 20.03° C |
16:05:50
Lent :

Deputatlara yeni kompüterlər ayrılıb

14:53 07.05.2024
GÜNDƏM
ads

Milli Məclisin deputatları yeni kompüterlərlə təmin olunublar.


“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məsələyə deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında toxunub. 


“Biz təşəkkürümüzü bildiririk ki, artıq yeni kompüterlə təmin olunmuşuq. Ona görə bundan sonra qanunlarla bağlı daha operativ çıxışlar edə bilərik. Amma kompüterlər hələ internetə qoşulmayıb deyə, qanunlarla bağlı tez araşdırmaları təqdim edə bilmirik”, - deyə deputat bildirib.



Spiker Sahibə Qafarova isə cavab olaraq bildirib ki, internetin olmaması təhlükəsizlik məsələləri ilə bağlıdır: 


“Bu kompüterlərin əsas missiyası odur ki, istənilən zaman layihələr hamısı olsun, qanunlara baxaq və bunların üzərində də iş gedir. Görülməyən işlər var və bunu Milli Məclisin kompüter məsələləri ilə məşğul olan şöbə edir”. 

TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    20.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az