20.05.24 | Bakı 17.03° C |
09:05:17
Lent :

Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanılıb

10:37 09.05.2024
HADİSƏ
ads

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə alış-veriş məqsədilə yaradılan sosial şəbəkə qruplarında vətəndaşlara qarşı dələduzluq edən 21 yaşlı Ümid İsmayılov saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan QÜTB.AZ-a verilən məlumata görə, Ü.İsmayılov əvvəlcə onlayn satış etmək üçün işçi tələb olunması barədə elan verib.


Həmin şəxsləri aylıq maaş verəcəyi vədi ilə aldadaraq onlardan müəyyən məbləğdə depozit alıb. Daha sonra o, tanınmış markaların sosial şəbəkə səhifələrindən geyim fotoları köçürərək sosial şəbəkə qruplarında paylaşıb.


Alış-veriş etmək istəyən müştərilər ödənişi Ü.İsmayılovun "işə götürdüyü” şəxslərin bank kartına, onlar isə öz növbəsində saxlanılan şəxsin hesabına transfer ediblər.


Faktla bağlı araşdırmalar davam etdirilir.


Bildirilib ki, Ü.İsmayılovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.




TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az