19.05.24 | Bakı 20.03° C |
15:05:07
Lent :

Bu gün bəzi ərazilərdə qaz KƏSİLƏCƏK

09:43 07.05.2024
GÜNDƏM
ads

Bu gün bəzi ərazilərdə qaz olmayacaq.


QÜTB.AZ xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.


Bildirilib ki, “Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində və “Abşeronneft” NQÇİ-yə məxsus üç qaz ölçü qovşağında daraldıcı qurğuların əvəzlənməsi, Sabunçu rayonunun Oskar Əfəndiyev küçəsində 64 mənzilli yaşayış binasının qazlaşdırılması üçün yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Tovuz rayonunu təbii qazla təmin edən orta təzyiqli kəmərin kipliyə sınaq olunması ilə əlaqədar 07.05.2024-cü il saat 10:00-dan qaz təchizatı dayandırılacaq.


Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun (Binəqədi qəsəbəsi, Binəqədi kəndi, Mədən ərazisi, Baksol yolu, Binəqədi şosesi), Xəzər rayonunun (Pirallahı qəsəbəsi), Sabunçu rayonunun (O.Əfəndiyev, X.Xasməmmədov, Ə.Kərim, E.Rəhimov və R.Qəmbərov küçələri) və Tovuz rayonunun (Tovuz şəhəri, Ağdam, Qazqulu, Bozalqanlı, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Hacallı, Yuxarı Mülkülü və Əlibəyli kəndləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq



TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    20.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az