20.05.24 | Bakı 15.03° C |
08:05:24
Lent :

UEFA Avropa Liqası: Finala adlayan komandalar bəlli olurlar

10:11 09.05.2024
GÜNDƏM
ads

Bu gecə UEFA Avropa Liqasında finala adlayan komandalar bəlli olacaqlar.


QÜTB.AZ xəbər verir ki, yarımfinal mərhələsinin hər iki görüşü bu gün keçiriləcək. “Atalanta” “Marsel”i, “Bayer 04” “Roma”nı qəbul edəcək.


Gecənin böyük maraqla gözlənilən görüşündə “Bayer 04” “Roma”nı qəbul edəcək. Bu mövsüm məğlubiyyətin nə olduğunu bilməyən Almaniya təmsilçisi ilk oyunda əldə etdiyi 2:0 hesablı üstünlüyü qorumağa çalışacaq. Amma De Rossinin gəlişindən sonra toparlanan “Roma” futbolçuları da geridönüş edərək finala adlamaq istəyirlər. Komandaların heyətində zədəlilər və cəzalılar yoxdur. Görüşü niderlandlı hakimlər briqadasından Denni Makkeli idarə edəcək.


İlk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşan “Atalanta” ilə “Marsel” bu dəfə meydana qələbə əzmi ilə çıxacaqlar. Amma komandaların heyətində itkilərin olması baş məşqçilərin işini çətinə sala bilər. Meydan sahiblərindən Kolasinaç, Toloi və Emil Holm komandasına bugecəki görüşdə kömək edə bilməyəcək. Qonaqlarda isə Valenin Ronqier, Bilal Nadir və Pedro Ruiz Qasset Cian Luisin ixtiyarında olmayacaq. Görüşü ispaniyalı hakimlər briqadasından Xesus Manzano idarə edəcək.


Qeyd edək ki, hər iki görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.



TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az