İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş
Kəlbəcərə ilk köçdə getmək istəyənlər hara müraciət etməlidir? – RƏSMİ AÇIQLAMA
Norveç səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Norveç Baş konsulunun iyulun 6-da Murmanskda yerləşən hotelində yolverilməz davranışı ilə bağlı etiraz təqdim olunub.
Bu barədə TASS-a istinadən xəbər verilir.
Rusiya XİN-dən bildirilib ki, Murmanskdakı hadisədən sonra Norveçin Baş konsulu Elisabet Ellinqsenin Rusiya ərazisində qalması qeyri-mümkündür.
Xatırladaq ki, hadisə hoteldə Baş konsuldan otağın təmizlənməsi üçün gözləməsi xahiş edildikdən sonra baş verib. Buna cavab olaraq Ellinqsen hotel işçilərinə “Ruslara nifrət edirəm! Mən Skandinaviyadanam və təmiz otaqlara öyrəşmişəm. Mən necə gəldi təmizlik edən rus qadını deyiləm. Gözləmək fikrində deyiləm və mənə otaq verilməyənədək gedəsi deyiləm” deyərək etiraz edib.