29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Şimali Koreyadan sərt cavab: Bu üç ölkəyə göz dağı verdi

19 yan 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Şimali Koreyanın Müdafiə Nazirliyi ABŞ , Cənubi Koreya və Yaponiyanın bu həftə bölgədə keçirdiyi birgə dəniz təliminə cavab olaraq "Haeil-5-23" sualtı nüvə silah sisteminin sınaqdan keçirildiyini açıqlayıb .

Publika.az xəbər verir ki, Şimali Koreya ordusunun ABŞ və müttəfiqlərinin hərbi manevrlərinin qarşısını almağa davam edəcəyi vurğulanıb:

“Biz ABŞ-ı və onun havadarlarını ilin əvvəlindən davam edən və Şimali Koreyanın təhlükəsizliyini ciddi şəkildə təhdid edən ehtiyatsız hərəkətlərinə görə qətiyyətlə qınayırıq və bu hərəkətlərin gətirəcəyi fəlakətli nəticələr barədə qətiyyətlə xəbərdarlıq edirik”.

Cənubi Koreya Baş Qərargahının verdiyi açıqlamada ABŞ, Cənubi Koreya və Yaponiyanın Koreya yarımadasının cənubundakı sularda ortaq dəniz təlimi keçirdiyi bildirilib. Təlimin Şimali Koreyaya qarşı birgə çəkindirmə və müdaxilə imkanlarını gücləndirmək məqsədi daşıdığı vurğulanıb. Həmçinin bildirilib ki, təlimdə dəniz təhlükəsizliyi təhdidləri, o cümlədən kütləvi qırğın silahlarının daşınması məsələsi müzakirə olunub.

Qeyd olunub ki, tərəflər hərbi təlimləri müntəzəm, daha sistemli və səmərəli keçirməyi hədəfləyiblər. Sonuncu təlim bu kontekstdə həyata keçirilən ilk üçtərəfli təlim kimi qeydə alınıb.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur