İranın ali dini lideri Əli Xamneyi gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görüldüyü təhlükəsiz yerə köçürülüb.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Təxliyə əməliyyatı Livan "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın məhvi ilə bağlı xəbərlər fonunda həyata keçirilib. Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" hərəkatının baş katibi Nəsrullahın hərəkatın Beyrutdakı qərargahına endirdiyi hava zərbəsi zamanı öldürüldüyü barədə açıqlama vermişdi.
"İranın ali dini lideri Xamenei ölkə daxilində təhlükəsiz yerə köçürülüb", - agentliyin açıqlamasında deyilir.
Mənbə əlavə edib ki, İran "Hizbullah" və müttəfiqləri ilə daim əlaqə saxlayır.
Adəm Abbaslı