İranın Rusiya üçün yeni silah hazırladığı və Ukraynada istifadə olunacağı iddia edilib.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "SKY News" telekanalı məlumat yayıb.
Bildirilir ki, İran Rusiya üçün yeni yüksək texnologiyalı PUA hazırlayıb. PUA 2,5 metr uzunluğa, 3 metr qanad genişliyinə və 1500 kilometrə qədər uçuş məsafəsinə malikdir.
Bu cür kəşfiyyat imkanları Ukraynanın cəbhə xəttində digər PUA və ya silah sistemlərinin vurulması üçün istifadə edilə bilər.
Qeyd edək ki, Ukrayna və onun Qərb müttəfiqləri əvvəllər Tehranı, Moskvanı "Şahed-131" və "Şahed-136" kimi hücum PUA-ları ilə təmin etməkdə ittiham ediblər.
Rusiya Müdafiə Nazirliyi və İran Xarici İşlər Nazirliyi "SKY News"-un şərhinə hələ cavab verməyib.
Roza