Bu gün Qərbin informasiya proqramı cəmiyyətdə hərbi-siyasi psixozu artırmaq üçün nəzərdə tutulub.
Publika.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib. Senator Almaniyanın “Bild” jurnalında dərc olunan Rusiyanın NATO-ya hücumunun nəzəri ssenarisini şərh edib.
“Bu məqalə bu psixozun böyüdüyünü bir daha təsdiqləyir. O, ictimai rəyi bu istiqamətə yönəltmək üçün nəzərdə tutulub. Amma nədənsə mənə elə gəlir ki, verilən arqumentlərin absurdluğu bu ucuz tezislərin mənasızlığını və qəbuledilməzliyini ortaya qoyur.
Məhz bu cür davranmalı və alman mediası, siyasətçiləri və sair tərəfindən yayılan cəfəngiyatları daha az populyarlaşdırmalıyıq”, - deyə Karasin bildirib.
Cəmilə